---
title: "Android üçün ən yaxşı on smartfon müəyyən edildi"
description: "Populyar AnTuTu bənçmarkının tərtibatçıları 2025-ci ilin iyul ayı üzrə Android smartfonlarının istifadəçi məmnuniyyəti reytinqini açıqlayıblar. Day.Az xəbər ver..."
article_id: 1299
locale: "az"
publisher: "Tech Xəbər"
canonical_url: "https://techxeber.az/az/article/android-ucun-en-yaxsi-on-smartfon-mueyyen-edildi-68daaecad7d615.93075763"
markdown_url: "https://techxeber.az/az/article/android-ucun-en-yaxsi-on-smartfon-mueyyen-edildi-68daaecad7d615.93075763.md"
published_at: "2025-08-06T12:16:33+04:00"
modified_at: "2026-11-18T11:02:04+04:00"
categories:
  - "Robot və Cihazlar"
keywords: ""
image: "https://techxeber.az/storage/articles/main/main_image_5e3b394d-682a-428c-8337-7fd6c1dbaf3f.jpg"
thumbnail_image: "https://techxeber.az/storage/articles/main/thumbnail/main_image_5e3b394d-682a-428c-8337-7fd6c1dbaf3f.webp"
audio: "https://techxeber.az/storage/articles/gallery/audio_c74a428b-a397-42fa-b96a-b29e7be35e3d.mp3"
alternate_languages:
  az:
    html: "https://techxeber.az/az/article/android-ucun-en-yaxsi-on-smartfon-mueyyen-edildi-68daaecad7d615.93075763"
    markdown: "https://techxeber.az/az/article/android-ucun-en-yaxsi-on-smartfon-mueyyen-edildi-68daaecad7d615.93075763.md"
source_links: []
---

# Android üçün ən yaxşı on smartfon müəyyən edildi

![Android üçün ən yaxşı on smartfon müəyyən edildi](<https://techxeber.az/storage/articles/main/main_image_5e3b394d-682a-428c-8337-7fd6c1dbaf3f.jpg>)

Populyar AnTuTu bənçmarkının tərtibatçıları 2025-ci ilin iyul ayı üzrə Android smartfonlarının istifadəçi məmnuniyyəti reytinqini açıqlayıblar. Day.Az xəbər verir ki, keçən ayın nəticələrinə görə, liderlik Huawei Mate 70 Pro+ flaqmanına məxsusdur və bu model istifadəçilərin 98,87%-i tərəfindən yüksək qiymətləndirilib. İkinci yerdə Honor Magic 6 Ultimate (97,39%) və üçüncü yerdə Huawei Mate 70 Pro Premium Edition (97,27%) yer alıb.

Dördüncü yerdə Xiaomi 15S Pro (97,11%) qərarlaşıb. Bu model XRING O1 adlı xüsusi çipdən istifadə etməsi ilə seçilir. Beşinci yerdə Xiaomi 15 Ultra (96,28%) kamerofonudur. Oppo Find X8 Ultra iyul ayında 94,81% müsbət rəy alıb, Huawei Mate 70 Pro isə 94,55% ilə siyahıda yer tutub.

Top-10 siyahısını Vivo X Fold3 Pro (94%), Oppo Find X8s (93,66%) və Meizu 21 Pro (93,33%) tamamlayır.

AnTuTu qeyd edib ki, reytinq texniki göstəricilər əsasında deyil, istifadəçi rəylərinə əsaslanır. Daha çox beş ulduzlu qiymətləndirmə alan modellər siyahıda daha yüksək yer tutur.
