---
title: "Azərbaycan bazarında Android əməliyyat sisteminin payı azalıb"
description: "İyul ayında Android əməliyyat sisteminin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 13,07 faiz bəndi azalaraq 57,92 faizə düşüb. Bu barədə Day.Az-a Glo..."
article_id: 1085
locale: "az"
publisher: "Tech Xəbər"
canonical_url: "https://techxeber.az/az/article/azerbaycan-bazarinda-android-emeliyyat-sisteminin-payi-azalib-68daadfc5adfb1.54109115"
markdown_url: "https://techxeber.az/az/article/azerbaycan-bazarinda-android-emeliyyat-sisteminin-payi-azalib-68daadfc5adfb1.54109115.md"
published_at: "2025-08-13T10:34:20+04:00"
modified_at: "2026-11-18T10:53:09+04:00"
categories:
  - "Texnoloji İnkişaf"
keywords: ""
image: "https://techxeber.az/storage/articles/main/main_image_cb79f2bf-918c-4e1f-9a76-40455b87f4ae.jpg"
thumbnail_image: "https://techxeber.az/storage/articles/main/thumbnail/main_image_cb79f2bf-918c-4e1f-9a76-40455b87f4ae.webp"
audio: "https://techxeber.az/storage/articles/gallery/audio_a0e91a7d-5967-4582-866f-1d7df3edc7e6.mp3"
alternate_languages:
  az:
    html: "https://techxeber.az/az/article/azerbaycan-bazarinda-android-emeliyyat-sisteminin-payi-azalib-68daadfc5adfb1.54109115"
    markdown: "https://techxeber.az/az/article/azerbaycan-bazarinda-android-emeliyyat-sisteminin-payi-azalib-68daadfc5adfb1.54109115.md"
source_links: []
---

# Azərbaycan bazarında Android əməliyyat sisteminin payı azalıb

![Azərbaycan bazarında Android əməliyyat sisteminin payı azalıb](<https://techxeber.az/storage/articles/main/main_image_cb79f2bf-918c-4e1f-9a76-40455b87f4ae.jpg>)

İyul ayında Android əməliyyat sisteminin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 13,07 faiz bəndi azalaraq 57,92 faizə düşüb. Bu barədə Day.Az-a Global Stats statistik mərkəzi məlumat verib.

Statistikaya görə, Azərbaycan bazarında ikinci yeri Microsoft Windows əməliyyat sistemi tutur. Belə ki, Microsoft Windows-un bazar payı iyun ayı ilə müqayisədə iyul ayında 6,1 faiz bəndi artaraq 18,33 faiz təşkil edib.

Üçüncü yerdə iOS əməliyyat sistemi qərarlaşıb. iOS-un bazar payı iyul ayında iyun ayı ilə müqayisədə 3,89 faiz bəndi artaraq 13,55 faizə çatıb.

Hesabat dövründə digər əməliyyat sistemlərinin payı aşağıdakı kimi olub: "OS X" - 1,61 faiz, "Linux" - 1,27 faiz, "Samsung" - 0,27 faiz, "Chrome OS" - 0,01 faiz, "macOS" - 2,54 faiz, digər sistemlər - 0,03 faiz.
