---
title: "Böyük Britaniya hərbi məqsədlər üçün pilotsuz aerostatlar hazırlayır"
description: "Böyük Britaniya Müdafiə Nazirliyi pilotsuz kəşfiyyat aerostatlarının hazırlanması üzərində çalışır. Bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında məluma..."
article_id: 1603
locale: "az"
publisher: "Tech Xəbər"
canonical_url: "https://techxeber.az/az/article/boyuk-britaniya-herbi-meqsedler-ucun-pilotsuz-aerostatlar-hazirlayir-68dab03646e0a3.16789591"
markdown_url: "https://techxeber.az/az/article/boyuk-britaniya-herbi-meqsedler-ucun-pilotsuz-aerostatlar-hazirlayir-68dab03646e0a3.16789591.md"
published_at: "2025-07-28T21:13:52+04:00"
modified_at: "2026-11-18T11:14:06+04:00"
categories:
  - "Texnoloji İnkişaf"
  - "Robot və Cihazlar"
keywords: ""
image: "https://techxeber.az/storage/articles/main/main_image_8c5eccf1-5bbc-4906-9f4d-caf439cfd8b7.jpg"
thumbnail_image: "https://techxeber.az/storage/articles/main/thumbnail/main_image_8c5eccf1-5bbc-4906-9f4d-caf439cfd8b7.webp"
audio: "https://techxeber.az/storage/articles/gallery/audio_3d73fe95-b089-4a8e-8a4f-ff51997a1689.mp3"
alternate_languages:
  az:
    html: "https://techxeber.az/az/article/boyuk-britaniya-herbi-meqsedler-ucun-pilotsuz-aerostatlar-hazirlayir-68dab03646e0a3.16789591"
    markdown: "https://techxeber.az/az/article/boyuk-britaniya-herbi-meqsedler-ucun-pilotsuz-aerostatlar-hazirlayir-68dab03646e0a3.16789591.md"
source_links: []
---

# Böyük Britaniya hərbi məqsədlər üçün pilotsuz aerostatlar hazırlayır

![Böyük Britaniya hərbi məqsədlər üçün pilotsuz aerostatlar hazırlayır](<https://techxeber.az/storage/articles/main/main_image_8c5eccf1-5bbc-4906-9f4d-caf439cfd8b7.jpg>)

Böyük Britaniya Müdafiə Nazirliyi pilotsuz kəşfiyyat aerostatlarının hazırlanması üzərində çalışır. Bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Day.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu aerostatlar kəşfiyyat, müşahidə və rekonesans tapşırıqlarının yerinə yetirilməsi üçün istifadə ediləcək.

Bu il həmin aerostatlar ABŞ-ın Cənubi Dakota ştatında sınaqdan keçirilib. Onlar 18-24 kilometr hündürlükdə, 3700 kilometrdən çox məsafəni qət edə bilir. Aerostatlar 3 kiloqrama qədər yük daşımaq və fasiləsiz olaraq 5 gündən artıq fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Aerostatların hazırlanması üzrə işlər Voltitude şirkəti tərəfindən, ABŞ-ın Aerostar şirkəti və Landguard Systems elektronika istehsalçısı ilə birgə həyata keçirilir.
