---
title: "Professionallar üçün LG 40U990A-W monitoru təqdim edilib"
description: "LG şirkəti professional istifadə üçün nəzərdə tutulmuş yeni böyük ölçülü monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG 40U990A-W adlanır. Monitor 120 Hz-..."
article_id: 1621
locale: "az"
publisher: "Tech Xəbər"
canonical_url: "https://techxeber.az/az/article/professionallar-ucun-lg-40u990a-w-monitoru-teqdim-edilib-68dab04c0b5046.57837918"
markdown_url: "https://techxeber.az/az/article/professionallar-ucun-lg-40u990a-w-monitoru-teqdim-edilib-68dab04c0b5046.57837918.md"
published_at: "2025-07-28T13:29:11+04:00"
modified_at: "2026-11-18T11:14:50+04:00"
categories:
  - "Robot və Cihazlar"
keywords: ""
image: "https://techxeber.az/storage/articles/main/main_image_d521e41e-cd16-4b0f-bba4-b41d6a2d3617.jpg"
thumbnail_image: "https://techxeber.az/storage/articles/main/thumbnail/main_image_d521e41e-cd16-4b0f-bba4-b41d6a2d3617.webp"
audio: "https://techxeber.az/storage/articles/gallery/audio_1f0ae555-1ed8-404a-8f80-199547064399.mp3"
alternate_languages:
  az:
    html: "https://techxeber.az/az/article/professionallar-ucun-lg-40u990a-w-monitoru-teqdim-edilib-68dab04c0b5046.57837918"
    markdown: "https://techxeber.az/az/article/professionallar-ucun-lg-40u990a-w-monitoru-teqdim-edilib-68dab04c0b5046.57837918.md"
source_links: []
---

# Professionallar üçün LG 40U990A-W monitoru təqdim edilib

![Professionallar üçün LG 40U990A-W monitoru təqdim edilib](<https://techxeber.az/storage/articles/main/main_image_d521e41e-cd16-4b0f-bba4-b41d6a2d3617.jpg>)

LG şirkəti professional istifadə üçün nəzərdə tutulmuş yeni böyük ölçülü monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG 40U990A-W adlanır. Monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 5120x2160 piksel keyfiyyətli 39.7 düym ölçülü Nano IPS Black ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. Cihaz HDMI, DisplayPort 2.1, USB 3.2 Gen 2x2 Type-C, Ethernet, Thunderbolt 5 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 10 vatt gücündə 2 ədəd səsgücləndiricini əldə edib. LG 40U990A-W 28 avqust tarixində satışa çıxacaq və onun qiyməti 1740 ABŞ dolları təşkil edəcək.
