---
title: "Samsung və Tesla arasında 16,5 milyard dollarlıq əməkdaşlıq müqaviləsi"
description: "Samsung Electronics şirkəti İlon Maskın sahibi olduğu Tesla şirkəti üçün çip tədarük edəcək. Bu barədə Mask özünün X platformasındakı hesabında məlumat paylaşıb..."
article_id: 1528
locale: "az"
publisher: "Tech Xəbər"
canonical_url: "https://techxeber.az/az/article/samsung-ve-tesla-arasinda-165-milyard-dollarliq-emekdasliq-muqavilesi-68daafdc11eeb5.28464219"
markdown_url: "https://techxeber.az/az/article/samsung-ve-tesla-arasinda-165-milyard-dollarliq-emekdasliq-muqavilesi-68daafdc11eeb5.28464219.md"
published_at: "2025-07-29T13:29:12+04:00"
modified_at: "2026-11-18T11:10:50+04:00"
categories:
  - "Texnoloji İnkişaf"
  - "Robot və Cihazlar"
keywords: ""
image: "https://techxeber.az/storage/articles/main/main_image_ef4cd980-bae4-48cd-9fb3-f28a896cbd29.jpg"
thumbnail_image: "https://techxeber.az/storage/articles/main/thumbnail/main_image_ef4cd980-bae4-48cd-9fb3-f28a896cbd29.webp"
audio: "https://techxeber.az/storage/articles/gallery/audio_b3c09c80-e119-4788-bc50-58d19fe92551.mp3"
alternate_languages:
  az:
    html: "https://techxeber.az/az/article/samsung-ve-tesla-arasinda-165-milyard-dollarliq-emekdasliq-muqavilesi-68daafdc11eeb5.28464219"
    markdown: "https://techxeber.az/az/article/samsung-ve-tesla-arasinda-165-milyard-dollarliq-emekdasliq-muqavilesi-68daafdc11eeb5.28464219.md"
source_links: []
---

# Samsung və Tesla arasında 16,5 milyard dollarlıq əməkdaşlıq müqaviləsi

![Samsung və Tesla arasında 16,5 milyard dollarlıq əməkdaşlıq müqaviləsi](<https://techxeber.az/storage/articles/main/main_image_ef4cd980-bae4-48cd-9fb3-f28a896cbd29.jpg>)

Samsung Electronics şirkəti İlon Maskın sahibi olduğu Tesla şirkəti üçün çip tədarük edəcək. Bu barədə Mask özünün X platformasındakı hesabında məlumat paylaşıb. Milyarder iş adamı, Tesla ilə Samsung arasında 16,5 milyard dollarlıq müqavilənin imzalandığını açıqlayıb. Mask bildirib ki, Samsung-un Texasda yeni inşa edilən meqafabriki Tesla-nın növbəti nəsil A16 çipinin istehsalına həsr olunacaq. "Bu çipin strateji əhəmiyyətini qiymətləndirmək mümkün deyil", - deyə Mask qeyd edib. Müqavilənin detallarının 2033-cü ilin sonuna qədər açıqlanmayacağı bildirilib. Bunun səbəbi isə Samsung-un kommersiya sirlərini qorumaqla bağlı öhdəlik götürməsidir. A16 çipinin istehsalına nə vaxt başlanacağı hələ ki, məlum deyil. Bununla belə, Mask daha əvvəl A15 çipinin istehsalının 2026-cı ilin sonunda başlayacağını açıqlamışdı. Xatırladaq ki, hazırda Tesla şirkətinin A14 çipləri də Samsung tərəfindən istehsal olunur.
