Elm və Kosmos
ABŞ-də 829 kilometrlik ildırım dünya rekordu qırdı
3
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz2017-ci ildə ABŞ-də baş verən şimşək çaxması dünya rekordu qırıb. Ümumdünya Meteorologiya Təşkilatının (WMO) dərc etdiyi hesabatda bu məlumat təsdiqlənib. Hesabata əsasən, 2017-ci ilin oktyabr ayında müşahidə edilən 829 kilometrlik ildırım təbiət hadisəsi, indiyə qədər qeydə alınan ən uzun ildırım kimi təsbit edilib.
Hesabatda bildirilir ki, həmin ildırım ilkin araşdırmalara daxil edilməyib, lakin sonradan aşkarlanaraq rekord olaraq tanınıb. Bu təsirli təbiət hadisəsi Texas ştatının şərqindən Missuri ştatının Kanzas Siti şəhərinə qədər uzanıb. Ümumdünya Meteorologiya Təşkilatı bu məsafəni Fransanın Parisi ilə İtaliyanın Venesiya şəhərləri arasındakı məsafəyə bənzədib.
Əvvəlki rekord isə 2020-ci ilin aprelində ABŞ-də baş verən 768 kilometrlik ildırıma məxsus idi.