Haqqımızda
"techxeber.az" — Azərbaycan Respublikasının Media Reyestrində qeydiyyatdan keçmiş, texnologiya və elm sahəsində ixtisaslaşan müstəqil informasiya-analitik portalıdır.
Portal xəbərlər, foto, video və digər media materiallarının; analitik məqalələr, müsahibələr və reportajların; beynəlxalq və yerli xəbərlərin hazırlanması, təhlili və təqdimatı ilə peşəkar səviyyədə məşğuldur.
İLİN MEDİASI
NETTY Mükafatı Qalibi
TechXeber.az portalı innovativ yanaşması və keyfiyyətli jurnalistikası ilə NETTY tərəfindən "İlin Mediası 2025" mükafatına layiq görülmüşdür.
Innovation Media Services MMC, şirkətlərə məzmunu (mətn, audio, video və digər formatlarda) avtomatik toplamağa, yaratmağa və dərc etməyə kömək edən, bununla da xərcləri azaldıb səmərəliliyi artıran agent əsaslı süni intellekt platforması "İnnMedia"-nı inkişaf etdirir.
Saytda dərc olunan materialların əksəriyyəti redaksiya tərəfindən hazırlanmış, müstəqil şəkildə işlənmiş və eksklüziv məzmun xarakteri daşıyır. Bu materiallar sadə aqreqasiya, avtomatik tərcümə və ya nəzarətsiz avtomatik generasiya məhsulu deyil. Bir çox məqalələr müəlliflər, jurnalistlər və redaktorlar tərəfindən birbaşa hazırlanır. Eyni zamanda, materialların hazırlanması, işlənməsi və redaktəsi prosesində “InnMedia” süni intellekt alətlərindən geniş istifadə olunur. Dərc edilən məzmunun əksəriyyəti redaksiya tərəfindən insan nəzarəti ilə yoxlanılır və təsdiqlənir, lakin bəzi hallarda, avtomatik-dərcetmə, və qeyri-dəqiqliklər mümkündür. Vacib məlumatları əlavə mənbələrlə müqayisə etməyinizi tövsiyə edirik.
Süni intellektdən istifadə haqqında açıqlama
Saytda dərc olunan foto, video, audio və mətn materiallarının hazırlanması, işlənməsi, redaktəsi və optimallaşdırılması prosesində “InnMedia” süni intellekt əsaslı platformasından istifadə olunur. Tam şəkildə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və audio materiallar saytda ayrıca və aydın şəkildə nişanlanır. Bu cür materiallarda “Süni intellekt”, “AI-generated” və ya oxşar vizual, mətn əsaslı və ya səsli işarələnmə tətbiq olunur. Redaksiya, reklam, müəlliflər, jurnalistlər və redaktorlar tərəfindən hazırlanmış materialların yaradılması, işlənməsi və redaktəsi prosesində qismən süni intellekt texnologiyalarından istifadə oluna bilər. Belə hallarda yekun məzmun redaksiya tərəfindən insan nəzarəti ilə yoxlanılır və təsdiqlənir. Şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə reallığı əks etdirməyən, pornoqrafik və ya seksual məzmunlu foto, video və audio materialların hazırlanmasına və yayılmasına redaksiya tərəfindən yol verilmir.
Qanunvericiliyə uyğunluq
Saytın fəaliyyəti və saytda dərc olunan məzmun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Redaksiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası, “Media haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Reklam haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini və digər tətbiq olunan normativ hüquqi aktların tələblərini nəzərə alır. Saytda zorakılığı, pornoqrafik və ya seksual xarakterli qanunsuz məzmunu, terrorçuluğu, dini ekstremizmi, nifrət çağırışlarını, şəxsin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun pozulmasını, fərdi məlumatların qanunsuz yayılmasını, müəllif hüquqlarının pozulmasını və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş digər məzmun növlərini yaymağa yol verilmir. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və audio materialların istifadəsi və nişanlanması zamanı Azərbaycan Respublikasının 21 aprel 2026-cı il tarixli 387-VIIQD və 388-VIIQD nömrəli qanunları ilə müəyyən edilmiş tələblər, o cümlədən süni intellektlə hazırlanmış materialların aydın və asan görünən şəkildə nişanlanması prinsipi nəzərə alınır.
Bütün hüquqlar qorunur. Saytın materiallarının istifadəsi (mətn, audio, video, infoqrafika) yalnız hiperlink vasitəsi ilə istinad ilə mümkündür.