ABŞ-də 829 kilometrlik ildırım dünya rekordu qırdı - Tech Xəbər

Elm və Kosmos

ABŞ-də 829 kilometrlik ildırım dünya rekordu qırdı

11
Link kopyalandı

20

01.08.2025, 08:57

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

2017-ci ildə ABŞ-də baş verən bir ildırım hadisəsi dünya rekordu qırıb. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) hesabat yayımlayıb. Hesabatda qeyd olunur ki, 2017-ci ilin oktyabrında müşahidə edilən 829 kilometrlik ildırım hadisəsi indiyədək qeydə alınmış ən uzun ildırım olaraq tarixə düşüb.

Bu ildırım Texas ştatının şərqindən başlayaraq Missuri ştatının Kanzas Siti şəhərinə qədər uzanmışdır. Maraqlıdır ki, bu məsafə Fransanın paytaxtı Parislə İtaliyanın Venesiya şəhərləri arasındakı məsafəyə bərabərdir. Əvvəlcə 2017-ci ilin araşdırmalarına daxil edilməyən bu təbiət hadisəsi sonradan aşkar olunaraq rekord kimi təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəlki rekord 2020-ci ilin aprelində ABŞ-də müşahidə edilən 768 kilometrlik ildırıma məxsus idi. Bu yeni rekord, təbiət hadisələrinin nə qədər təsir edici və gözlənilməz olduğunu bir daha sübut edir.

11
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)