Acer Predator Tomahawk 9 Neo S gaming noutbuku təqdim edilib - Tech Xəbər

Robot və Cihazlar

Acer Predator Tomahawk 9 Neo S gaming noutbuku təqdim edilib

10
Link kopyalandı

14

14.08.2025, 01:54

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Acer şirkəti yeni gaming noutbuku olan Predator Tomahawk 9 Neo S modelini təqdim edib. Bu noutbuk 240 Hz-lik təsvir yenilənməsinə malik, 2.5K keyfiyyətli və 16 düymlük OLED ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbukun gövdə qalınlığı 18.9 mm, çəkisi isə 2.3 kq təşkil edir. Cihaz Intel Core Ultra 9 275HX prosessoru və NVIDIA GeForce RTX 5070 videokartı ilə təchiz olunub. Bundan əlavə, noutbuk DDR5 standartlı 16/32 GB RAM və 1 TB-lıq SSD yaddaşa malikdir.

Noutbukun batareya həcmi 76 vatt-saat təşkil edir. Girişlərə gəldikdə isə, cihaz Thunderbolt 4, USB Type-C, USB 3.2 Gen 2 və microSD kart girişlərini dəstəkləyir. Acer Predator Tomahawk 9 Neo S artıq Çində satışa çıxıb və 1393 ABŞ dollarından başlayan qiymətlərlə təklif olunur. Lakin noutbukun digər regionlarda satışa çıxıb-çıxmayacağı hələ məlum deyil.

10
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)