Elm və Kosmos
Afrikada 2 milyard il yaşı olan Ay daşı tapılıb
13
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizAfrikada kəşf edilən bir meteorit, 2,35 milyard il əvvəl Ayda meydana gələn vulkanik fəaliyyətlərə dair mühüm məlumatlar təqdim edir. Bu meteorit, Ay tarixinin az bilinən bir dövrünə işıq salaraq alimlər üçün əhəmiyyətli bir tapıntı hesab edilir.
2023-cü ildə aşkar edilən və 'Northwest Africa 16286' adlandırılan bu 311 qramlıq meteorit, tərkibindəki qurğuşun izotoplarının parçalanmasına əsasən, 2,35 milyard il əvvəl meydana gəldiyi müəyyənləşdirilib. Bu dövr, Ayda vulkanizmin artıq sona çatdığı hesab edilən bir vaxtdır. Lakin bu tapıntı göstərir ki, Ayda istilik istehsal edən proseslər hələ də davam edirdi. Bu, ehtimal ki, radioaktiv elementlərin parçalanması nəticəsində yaranan istiliklə izah edilə bilər.
Tədqiqatın rəhbəri, Mançester Universitetindən Coşua Sneyp, "Yaşı və tərkibi onu göstərir ki, Ayda vulkanik fəaliyyət bu dövr ərzində də davam edib. Analizlərimiz, Ayın daxilində istilik yaradan proseslərin uzun müddət aktiv qaldığını göstərir," deyə bildirib.
Meteoritin kimyəvi analizi, onun dərinlikdən çıxan lava axını nəticəsində səthə çatıb və bərkidiyini təsdiqləyir. Tərkibində olivin adlı mineralın böyük kristalları, orta səviyyədə titan və yüksək miqdarda kalium aşkar edilib. Bundan əlavə, meteoritin tərkibindəki qurğuşun izotoplarının yüksək uran-qurğuşun nisbəti göstərir ki, vulkanik fəaliyyət dərinlikdən qaynaqlanıb. Uranın radioaktiv parçalanması zamanı istehsal etdiyi istilik, bu fəaliyyətin davam etməsinə səbəb olmuş ola bilər.
Qeyd edək ki, Yer üzündə tapılan Ay mənşəli vulkanik qayaların sayı cəmi 31-dir və 'Northwest Africa 16286' bu qrupda ən gənc olaraq tanınır. Bu tapıntı, Ayın tarixində 1 milyard ildən çox bir dövrə aid məlumat boşluğunu doldurur. Bu meteorit, NASA-nın Apollo missiyaları, SSRİ-nin Luna missiyaları və Çinin Chang'e missiyaları ilə Yerə gətirilən nümunələrdən daha gəncdir. Ən qədim nümunələr 3,1 milyard ilə 4,3 milyard il arasında dəyişir, ən gənc nümunələr isə 1,9 milyard ilə ölçülür.
Alimlər indi meteoritin Ayın hansı bölgəsindən gəldiyini dəqiq müəyyənləşdirməyə çalışırlar. Meteoritin mənşəyi ehtimal ki, bir toqquşma nəticəsində səthdən ayrılan bir kraterdir. Bu kraterin tapılması, gələcəkdə Ayın bu dövrünə aid daha çox məlumat əldə etmək üçün nümunə toplama missiyaları üçün əsas hədəf ola bilər.
Coşua Sneyp bu tapıntını 6-11 iyul tarixlərində Praqada keçirilən dünyanın ən nüfuzlu geokimya konfransı olan Goldschmidt Konfransında təqdim edib.