Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüş keçirilib - Tech Xəbər

Elm və Kosmos

Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüş keçirilib

13
Link kopyalandı

22

11.08.2025, 06:26

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə ABŞ arasında elmi-texnoloji əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Görüş zamanı bilik və təcrübə transferi, tədqiqat və inkişaf mərkəzlərinin yaradılması, süni intellekt və data infrastrukturunun formalaşdırılması, insan kapitalının inkişafı imkanları diqqət mərkəzində olub.

Görüşdə, cənab Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilib. Həmçinin, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaradıldığı vurğulanıb. Ölkələr arasında qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanları müzakirə edilib.

Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən islahatların uğurlu nəticələri, qeyri-neft-qaz sektorunun inkişafı, əlverişli biznes və investisiya mühiti görüşdə qeyd olunan əsas mövzular arasında olub. Bununla yanaşı, qlobal çağırışlar fonunda iqtisadiyyatın rəqəmsal transformasiyası, bilik əsaslı sahələrin təşviqi Azərbaycanın inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi təqdim edilib.

Görüşdə texnoloji innovasiyalar, elmi yeniliklər və süni intellektin iqtisadi transformasiyada fundamental rolu vurğulanıb. Azərbaycanın regionda strateji bilik və innovasiya mərkəzinə çevrilməsi üçün görülən işlər və bu istiqamətdə ölkələr arasında əməkdaşlıq potensialının reallaşdırılması imkanları geniş müzakirə edilib.

13
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)