Elm və Kosmos
Alimlər buza öz-özünə hərəkət etməyi öyrətdilər
2
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizMühəndislər Nature-Inspired Fluids and Interfaces laboratoriyasından dosent Conatan Boreyko rəhbərliyində metal səth hazırlayıblar ki, bu səth əriməkdə olan buzu öz-özünə hərəkət etdirə bilir. Day.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu araşdırma ACS Applied Materials & Interfaces jurnalında dərc olunub.
Layihənin ilham mənbəyi ABŞ-ın "Ölüm Vadisi" adlanan bölgəsindəki "qaçan daşlar" fenomeni olub. Bu fenomen zamanı daşlar qurumuş gölün dibində buz, su və küləyin təsiri ilə yavaşca hərəkət edir. Boreyko komandası isə daha irəli gedərək küləkdən istifadə etmədən, yalnız səthin xüsusiyyətləri ilə buzu hərəkət etdirməyi qarşıya məqsəd qoyub.
Alimlər alüminium lövhənin üzərinə "şam ağacı" formasında asimmetrik kanallar tətbiq ediblər. Buz əridikdə, su bu kanallardan tək istiqamətdə axaraq buz diski ilə birlikdə hərəkət edir, eynən çayda axan daşlar kimi.
Tədqiqatçılar səthi suyu itələyən (hidrofob) bir qat ilə örtəndə gözlənilməz bir hadisə baş verib: buz sürüşməyi dayandırıb və çıxıntılara yapışıb. Lakin bir müddət sonra "kaman effekti" ilə buz qəfil yerindən sıçrayıb. Bu effekt, suyun disk ətrafında toplanaraq bir tərəfdə səth gərginliyinin fərqi yaratması ilə meydana gəlib və buzu irəli atıb.
Bu hərəkətin sürəti "Ölüm Vadisi"ndəki daşların sürətindən xeyli yüksək olub. Boreyko bildirir ki, bu fenomenin perspektivli tətbiq sahələrindən biri enerji istehsalı ola bilər. Əgər kanalları dairəvi formada düzəldib buzun üzərinə maqnitlər yerləşdirilsə, ərimə zamanı onların fırlanması elektrik enerjisi istehsalı üçün istifadə oluna bilər.