Alimlər işığı istifadə edərək elektrikə nəzarət etməyi öyrəndilər - Tech Xəbər

Elm və Kosmos

Alimlər işığı istifadə edərək elektrikə nəzarət etməyi öyrəndilər

10
Link kopyalandı

18

05.08.2025, 02:37

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Minnesota Universitetinin fizikləri ilk dəfə olaraq otaq temperaturunda materialın ultra nazik təbəqəsində elektrik yüklərinin hərəkət istiqamətini yalnız işıq vasitəsilə dəyişdirməyə müvəffəq olublar. Bu kəşf daha səmərəli sensorlar, optik detektorlar və kvant qurğularının yaradılmasına yol aça bilər.

Day.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu tədqiqatın nəticələri Science Advances jurnalında dərc olunub. Söhbət titan dioksid substratına tətbiq olunan rutenium dioksid (RuO₂) təbəqələrindən gedir. Alimlər müəyyən ediblər ki, bu materialın atom strukturunu xüsusi istiqamətdə dartmaqla, onun üzərində cərəyanın necə hərəkət etdiyini və işıqla necə qarşılıqlı əlaqədə olduğunu idarə etmək mümkündür. Bu effekt laboratoriya şəraitində deyil, adi temperaturda müşahidə olunur ki, bu da onun praktiki tətbiqi üçün son dərəcə vacibdir.

Tədqiqatın əsas müəllifi, professor Bharat Jalan bildirib: "İndiyə qədər belə materiallarda mürəkkəb elektron strukturlarına görə işıq vasitəsilə cərəyanı dəqiq şəkildə idarə etməyin mümkün olmadığı düşünülürdü. Lakin biz göstərdik ki, ultra nazik təbəqələrdə, atom səviyyəsində daxili gərginlikləri dəqiq şəkildə idarə etsək, bu mümkündür."

Alimlərin sözlərinə görə, bu effekt materialın müəyyən elektron vəziyyətlərinin müəyyən istiqamətlərdə gücləndirilməsi ilə əlaqədardır. Bu, optik və elektrik xüsusiyyətləri tənzimlənə bilən metalları yaratmağa imkan verir.

Postdoktor Syunge Jon isə əlavə edib: "Bu, otaq temperaturunda metal oksidlərdə idarəolunan ultra sürətli keçiriciliyə nail olunan ilk haldır. Əvvəllər belə bir şey mümkün hesab olunmurdu."

Bu yeni xüsusiyyət məlumatların işlənməsi və saxlanması üçün enerji səmərəli qurğularda, eləcə də təhlükəsiz rabitə texnologiyalarında tətbiq oluna bilər. Növbəti addım əldə edilən təbəqələrin real çiplərə inteqrasiyası və digər oksid materiallarında oxşar effektlərin tədqiqi olacaq.

10
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)