Elm və Kosmos
Alimlərdən xəbərdarlıq: Aeroport siqnalları yadplanetliləri cəlb edə bilər
41
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizMançester Universitetinin alimləri Yer kürəsindəki hava limanlarının və hərbi radarların yaydığı radiosiqnalların uzaq məsafələrdən belə aşkarlana biləcəyini açıqlayıblar. Aparılan araşdırmaya əsasən, bu siqnallar təxminən 200 işıq ili məsafədən görünə bilər və texnoloji cəhətdən inkişaf etmiş yadplanetli sivilizasiyalar üçün intellektual həyatın mövcudluğuna dair işarə kimi qəbul edilə bilər.
Araşdırmada Çikaqoda Ohara, Nyu-Yorkda Kennedi və Londonda Hitrou kimi iri hava limanlarının radar sistemlərinin bu cür siqnalların əsas mənbələri olduğu vurğulanıb. Xüsusilə hərbi radarların siqnalları daha güclü və aydın sübut rolunu oynayır.
Alimlər belə qənaətə gəliblər ki, əgər Yer kürəsi bu cür siqnallar yayırsa, oxşar siqnallar digər planetlərdən də gələ bilər. Bu isə yadplanetli sivilizasiyaların mövcudluğunu araşdırmaq üçün yeni imkanlar aça bilər.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, bu siqnalların yayılması insan sivilizasiyasının texnoloji inkişaf səviyyəsini göstərir və eyni zamanda digər planetlərdən gələn mümkün siqnalların aşkarlanmasına imkan yaradır.