Aliyun Koreyada İkinci Məlumat Mərkəzini Açır - Tech Xəbər

Texnoloji İnkişaf

Aliyun Koreyada İkinci Məlumat Mərkəzini Açır

17
Link kopyalandı

24

23.06.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Çinin texnologiya nəhəngi Alibaba-ya məxsus bulud xidmətləri şirkəti Aliyun bu ay Koreyada ikinci məlumat mərkəzini istifadəyə verəcək.

Koreyanın Yonhap xəbər agentliyinə istinadən verilən məlumata görə, Aliyun 19 iyun, cümə axşamı Seulda keçirilən mətbuat konfransında Koreyada həyata keçirdiyi bulud texnologiyaları və süni intellekt (AI) layihələri ilə bağlı planlarını açıqlayıb.

Aliyun bildirib ki, generativ AI modellərinin artan infrastruktur tələbatını qarşılamaq məqsədilə bu ay ikinci məlumat mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. Şirkətin Koreyada yerləşən hər iki məlumat mərkəzi Seul şəhərində qurulub.

Aliyun Koreya bazarına 2016-cı ildə daxil olub və 2022-ci ilin mart ayında ölkədə ilk məlumat mərkəzini istifadəyə verib. İkinci məlumat mərkəzinin açılması ilə Aliyun, bulud texnologiyaları, böyük məlumatlar və verilənlər bazası kimi AI tətbiqlərinə uyğun məhsullar təqdim etməyi hədəfləyir.

Aliyun Koreya şirkətinin baş direktoru Yun Lonqjun (adın təxmini tələffüzü) qeyd edib ki, süni intellekt texnologiyalarının sürətlə inkişafı və sənayelərin rəqəmsallaşma tələbatının artması fonunda şirkət Koreya bazarında infrastrukturunu gücləndirməyə davam edir. İkinci məlumat mərkəzinin fəaliyyətə başlaması ilə Aliyun yerli istifadəçilərə daha çevik və dözümlü bulud mühiti təqdim etməyi, həmçinin müxtəlif sahələrdə süni intellekt innovasiyalarını dəstəkləməyi planlaşdırır. Bu addım Koreyanın rəqəmsal ekosisteminin genişlənməsinə töhfə verəcəkdir.

17
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)