Almaniyada Yeni Dəniz Reptilinin Fosili Tapıldı - Tech Xəbər

Elm və Kosmos

Almaniyada Yeni Dəniz Reptilinin Fosili Tapıldı

11
Link kopyalandı

18

05.08.2025, 02:36

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Almaniyada Yura dövrünə aid olan çöküntülərdən yeni dəniz reptilinin fosili aşkarlanıb. Bu canlıya Plesionectes longicollum ("uzun boyunlu demək olar ki, üzgüçü") adı verilib və o, plesiözavrlar qrupuna aid edilib. Bu növ qədim okeanlarda 183 milyon il əvvəl yaşayırdı.

Day.Az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, tapıntının təsviri PeerJ jurnalında dərc olunub. Skelet ilk dəfə 1978-ci ildə Holtsmaden şəhərində yerləşən məşhur Posidoniya şist yataqlarından çıxarılıb. Lakin alimlər yalnız indi onun tam anatomik analizini həyata keçirə biliblər. Bu analiz nəticəsində əvvəllər digər plesiözavrlarda rast gəlinməyən unikal xüsusiyyətlər aşkar edilib. Skeletin sahiblərinin tam yetkin olmamasına baxmayaraq, bu qədər spesifik quruluşa malik olması alimləri yeni bir cins və növ müəyyən etməyə vadar edib.

Yeni tapıntı sübut edir ki, Yura dövrünün erkən mərhələlərində dəniz faunası düşündüyümüzdən daha müxtəlif olub. Holtsmadendəki çöküntülərdən artıq beş plesiözavr növü elmə məlumdur, lakin Plesionectes longicollum onların ən qədimi hesab edilir. Paleontoloqlar qeyd edirlər ki, bu canlı qlobal iqlim dəyişiklikləri və okeanda oksigen çatışmazlığı ilə xarakterizə olunan bir dövrdə yaşayıb. Bu səbəbdən tapıntı dəniz ekosistemlərinin təkamülünü öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Hazırda fosil Ştutqart Dövlət Təbiət Muzeyində SMNS 51945 nömrəsi altında saxlanılır.

11
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)