Robot və Cihazlar
Android üçün ən yaxşı on smartfon müəyyən edildi
23
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizPopulyar AnTuTu bənçmarkının tərtibatçıları 2025-ci ilin iyul ayı üzrə Android smartfonlarının istifadəçi məmnuniyyəti reytinqini açıqlayıblar. Day.Az xəbər verir ki, keçən ayın nəticələrinə görə, liderlik Huawei Mate 70 Pro+ flaqmanına məxsusdur və bu model istifadəçilərin 98,87%-i tərəfindən yüksək qiymətləndirilib. İkinci yerdə Honor Magic 6 Ultimate (97,39%) və üçüncü yerdə Huawei Mate 70 Pro Premium Edition (97,27%) yer alıb.
Dördüncü yerdə Xiaomi 15S Pro (97,11%) qərarlaşıb. Bu model XRING O1 adlı xüsusi çipdən istifadə etməsi ilə seçilir. Beşinci yerdə Xiaomi 15 Ultra (96,28%) kamerofonudur. Oppo Find X8 Ultra iyul ayında 94,81% müsbət rəy alıb, Huawei Mate 70 Pro isə 94,55% ilə siyahıda yer tutub.
Top-10 siyahısını Vivo X Fold3 Pro (94%), Oppo Find X8s (93,66%) və Meizu 21 Pro (93,33%) tamamlayır.
AnTuTu qeyd edib ki, reytinq texniki göstəricilər əsasında deyil, istifadəçi rəylərinə əsaslanır. Daha çox beş ulduzlu qiymətləndirmə alan modellər siyahıda daha yüksək yer tutur.