Apple 2025: Texnologiya nəhəngi niyə uğursuz oldu?
57
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizApple-ın 2025-ci ildəki ən böyük uğursuzluqları Mac Pro kompüteri və Liquid Glass dizaynı olub. Bu barədə Macworld jurnalistləri ilin son hesabatında məlumat verib.
Məqalədə qeyd olunur ki, Liquid Glass dizaynı, iOS 26 və Apple-ın digər əməliyyat sistemlərində təqdim edildikdən sonra istifadəçilərin narazılığına səbəb olub. Dizaynın 'funksionallıqdan çox, sadəcə dəbdəbə nümayiş etdirdiyi' vurğulanıb. Macworld mütəxəssisi Saymon Cari Liquid Glass haqqında belə deyib: 'Bu, dəbdəbənin funksionallığa qarşı ən pis nümunəsidir.'
Digər bir böyük uğursuzluq kimi Mac Pro kompüteri göstərilib. Jurnalistlər Apple-ın bu cihazı yeniləməyi tamamilə unutduğunu iddia ediblər. Hətta cihazın hələ də köhnəlmiş iki nəsil prosessorla (M2 Ultra) təchiz olunmasına baxmayaraq, çox baha qiymətinə satıldığı qeyd olunub.