Apple 2026-cı il üçün yeni və ucuz iPhone modelini təqdim edəcək - Tech Xəbər

Texnoloji İnkişaf

Apple 2026-cı il üçün yeni və ucuz iPhone modelini təqdim edəcək

10
Link kopyalandı

22

19.08.2025, 08:31

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Apple şirkəti 2026-cı ilin əvvəllərində yeni və ucuz iPhone 17e modelini təqdim etməyi planlaşdırır. Bu barədə Çin sosial şəbəkəsi Weibo-da məşhur texnoloji analitik və insayder Digital Chat Station məlumat verib.

2025-ci ilin əvvəlində Apple 599 ABŞ dolları (təxminən 1 020 AZN) qiymətində iPhone 16e modelini təqdim etmişdi. Yeni iPhone 17e modelinin bəzi yeniliklərlə təkmilləşdiriləcəyi gözlənilir. Belə ki, insayderin açıqlamasına görə, cihaz "monobrov" əvəzinə "Dynamic Island" adlı ekran kəsiyi ilə təchiz olunacaq. Bu element ilk dəfə iPhone 14 Pro və 14 Pro Max modellərində tətbiq olunmuşdu və hazırda Apple-ın digər smartfonlarında mövcuddur, lakin 16e modelində bu xüsusiyyət yer almır.

Bununla yanaşı, Digital Chat Station qeyd edib ki, Apple şirkəti bu cihazı çox ciddi şəkildə yeniləməyi planlaşdırmır. Yeni modeldə enerji səmərəli OLED ekran (60 Hz tezliklə), 12 meqapiksellik ön kamera, Face ID dəstəyi və 48 meqapiksellik əsas kamera olacaq. iPhone 17e modeli A19 prosessoru ilə işləyəcək.

Analitik hesab edir ki, Apple şirkəti bu cihazı bazarda ən ucuz iPhone kimi təqdim etməyə fokuslanacaq və buna görə də iPhone 16e modelinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi zəruri deyil.

10
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)