Texnoloji İnkişaf

Apple ABŞ iqtisadiyyatına əlavə 100 milyard dollar sərmayə qoyur

2
Link kopyalandı

2

07.08.2025, 12:27

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

ABŞ-nın Apple şirkəti öz ölkəsinin iqtisadiyyatına əlavə olaraq 100 milyard dollar sərmayə yatıracağını açıqlayıb. Beləliklə, Apple-ın ümumi sərmayə həcmi 600 milyard dollara çatacaq. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə məlumat verib.

"Bu, Apple-ın indiyə qədər ABŞ-da və ya dünyanın hər hansı bir yerində həyata keçirdiyi ən böyük investisiyadır," - deyə Tramp vurğulayıb. ABŞ prezidenti bu sərmayəni "iPhone-ların ABŞ-da satılması ilə yanaşı, onların ABŞ-da istehsal olunmasını təmin etmək üçün əhəmiyyətli bir addım" olaraq qiymətləndirib.

Trampın sözlərinə görə, bu sərmayə ABŞ-da 20 mindən çox yeni iş yeri yaradacaq və Apple-ın Samsung və Corning kimi təchizatçıları vasitəsilə minlərlə əlavə iş yeri təmin edəcək.

Apple daha əvvəl ABŞ-da növbəti dörd il ərzində 500 milyard dollar xərcləməyi vəd etmişdi. Bu vəsaitlər Hyustonda server istehsalı üzrə yeni zavodun tikintisinə, Miçiqanda təchizatçılar akademiyasının yaradılmasına və ölkədəki mövcud təchizatçılarla əməkdaşlığa əlavə xərclərə yönəldiləcək.

Bundan əlavə, Donald Tramp ABŞ-ın çip və yarımkeçiricilər idxalına 100% tariflər tətbiq etməyi planlaşdırdığını bildirib.

"Biz çiplər və yarımkeçiricilər üçün çox yüksək tariflər tətbiq edəcəyik, lakin Apple kimi şirkətlər üçün yaxşı xəbər odur ki, əgər siz istehsalı ABŞ-da təşkil edirsinizsə və ya istehsal etməyi öhdəlik götürürsünüzsə (...) tariflər tətbiq olunmayacaq," - deyə Tramp əlavə edib.

ABŞ prezidenti tariflərin tətbiq ediləcəyi dəqiq tarixi açıqlamayıb.

2
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00