Apple ChatGPT-yə Rəqib Hazırlayır - Tech Xəbər

Süni İntellekt

Apple ChatGPT-yə Rəqib Hazırlayır

11
Link kopyalandı

19

05.08.2025, 02:38

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Apple şirkəti, ChatGPT-yə rəqib ola biləcək yeni bir süni intellekt layihəsi üzərində işləməyə başlayıb. Bu məqsədlə şirkət, Siri və digər süni intellekt xidmətlərini təkmilləşdirmək üçün mühəndis heyətini genişləndirir. Bu barədə MacRumors nəşri məlumat yayıb.

Apple-ın rəsmi veb səhifəsində ABŞ və Çində "Cavablar, Bilik və Məlumat" (Answers, Knowledge, and Information) adlı komanda üçün onlarla vakansiya elan edilib. Xüsusilə, şirkət Siri-nin şəxsi suallara cavab vermə qabiliyyətini artırmaq üçün maşın öyrənməsi üzrə mühəndislər axtarır. Vakansiya təsvirində qeyd olunur ki, bu komanda istifadəçilərin şəxsi sənədləri ilə işləmək üçün böyük dil modelləri hazırlayır və məxfiliyi ön planda saxlayır.

Bloomberg jurnalisti və tanınmış insayder Mark Qurmanın sözlərinə görə, bu səylər yalnız Siri yeniləməsi ilə məhdudlaşmır. Qurman bildirir ki, yeni komanda ChatGPT üslubunda axtarış xidməti yaratmağın ilkin mərhələsindədir və hətta bu xidmət üçün ayrıca bir tətbiq hazırlamaq ehtimalı nəzərdən keçirilir.

"Layihə hələ ilkin mərhələdə olsa da, komanda "cavab mühərriki" (answer engine) adlanan bir sistem üzərində işləyir. Bu sistem internetdə ümumi suallara cavablar axtarmaq qabiliyyətinə malik olacaq," - deyə Qurman yazır. O, həmçinin əlavə edib ki, şirkət Siri, Spotlight və Safari-nin gələcək versiyalarında axtarış funksiyalarını təkmilləşdirmək üçün yeni server infrastrukturunun yaradılmasını araşdırır.

Qeyd edək ki, Qurman daha əvvəl Apple-ın Siri-nin daha "danışıq qabiliyyətli" versiyası üzərində işlədiyini, lakin bu layihənin ən azı iOS 27-yə qədər təxirə salındığını bildirmişdi.

11
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)