Apple-in ilk qatlanan iPhone modelinin qiyməti açıqlanıb - Tech Xəbər

Robot və Cihazlar

Apple-in ilk qatlanan iPhone modelinin qiyməti açıqlanıb

10
Link kopyalandı

18

31.07.2025, 08:19

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Apple şirkətinin ilk qatlanan iPhone modeli ən azı 2000 ABŞ dollarına başa gələcək. Bu barədə JPMorgan analitikləri məlumat verib. Day.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, yeni modelin 2026-cı ilin ikinci yarısında, ehtimal ki, sentyabr ayında təqdim ediləcəyi gözlənilir.

Ekspertlərin fikrincə, 2025-ci ilin payızında bazara çıxarılması planlaşdırılan iPhone 17 modeli potensial alıcılar üçün ciddi yeniliklər təklif etməyəcək. Qatlanan iPhone modeli isə iPhone seriyasında ilk belə cihaz olacaq və iPhone 18 seriyasına aid digər cihazlarla eyni vaxtda satışa çıxarılacaq. Yeni cihazın qiymətinin ən azı 2000 ABŞ dolları (təxminən 3400 AZN) olacağı bildirilir.

Məlumata görə, qatlanan iPhone Fold satışları 2027-ci ildən etibarən bir neçə on milyon ədəd həcmində başlayacaq. Növbəti il isə şirkət 45 milyon cihaz satışa çıxarmağı planlaşdırır. Bu yeni cihazın əsas ekranı 7,8 düym, əlavə ekranı isə 5,5 düym ölçüsündə olacaq. Daxili ekranın qat izi olmadan dizayn edildiyi qeyd olunur.

10
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)