Apple iOS 16-da “şüşə” dizaynla bağlı əsas problemi həll etdi - Tech Xəbər

Texnoloji İnkişaf

Apple iOS 16-da “şüşə” dizaynla bağlı əsas problemi həll etdi

11
Link kopyalandı

18

26.06.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Apple şirkəti iOS 26 əməliyyat sisteminin beta versiyasında olan və geniş tənqidlərə səbəb olan əsas problemi həll edib. Bu problem, bildirişlərdəki mətnlərin fon şəkilləri ilə qarışması ilə bağlı idi. Bu barədə The Verge nəşri məlumat verib, Day.Az Gazeta.ru-ya istinadən xəbər verir.

Apple, 9 iyun tarixində keçirilən WWDC konfransında iOS 26 əməliyyat sistemini təqdim etmişdi. Bu versiyada 'Liquid Glass' (azərb. - 'Maye Şüşə') adlanan yeni dizayn tətbiq olunmuşdu. Bu dizayn poluşəffaf elementlərdən istifadə edirdi. Lakin beta versiyanın istifadəyə verilməsindən sonra, mətnlərin oxunması ilə bağlı ciddi problemlər ortaya çıxmışdı. Bildirişlərdəki mətnlər fon şəkilləri ilə qarışırdı və oxunmaz hala gəlirdi.

23 iyun tarixində təqdim olunan iOS 26 Developer Beta 2 versiyasında Apple bu problemi həll etmək üçün vizual parametrləri yenidən nəzərdən keçirdi. Şirkət şəffaflıq səviyyəsini azaltdı və fonun bulanıqlıq effektini artırdı. Bəzi rənglərin interfeys elementləri ilə üst-üstə düşməsi problemi tam aradan qaldırılmasa da, ekspertlər Apple-ın istifadəçi təcrübəsini təkmilləşdirməyə çalışdığına dair müsbət siqnallar verdiyini bildirirlər.

iOS 26 əməliyyat sisteminin tam versiyası yalnız sentyabr ayının ortalarında, iPhone 17 seriyasından olan yeni smartfonların təqdimatından sonra istifadəyə veriləcək. Bu versiyanın istifadəyə verilməsi ilə Apple əməliyyat sistemlərinin illik nömrələnməsinə keçəcək. Belə ki, iOS 19, watchOS 12 və macOS 16 yerinə iOS 26, watchOS 26 və macOS 26 təqdim olunacaq.

11
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)