Apple iPad Air modelini Face ID ilə yeniləyəcək - Tech Xəbər

Texnoloji İnkişaf

Apple iPad Air modelini Face ID ilə yeniləyəcək

14
Link kopyalandı

27

25.08.2025, 08:14

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Apple şirkəti 2026-cı ilin yazında iPad Air modelinin yenilənmiş versiyasını təqdim etməyi planlaşdırır. Bloomberg-ə istinadən verilən məlumata görə, yeni iPad Air modeli M4 prosessoru və Face ID üz tanıma texnologiyası ilə təchiz olunacaq. Bu texnologiya indiyə qədər yalnız iPad Pro seriyalarında mövcud idi.

Face ID texnologiyası uzun müddətdir ki, iPhone modellərində, hətta büdcə seqmentinə aid olanlarda belə istifadə edilir. Lakin Apple, bu funksiyanı iPad Air modellərindən kənarda saxlayırdı. Şirkət bununla flaqman planşetləri ilə orta seqment modelləri arasında fərqliliyi qorumağa çalışırdı. İndiyədək iPad Air modellərində yeniliklər əsasən çiplərin dəyişdirilməsi, Center Stage funksiyası ilə kameraların yaxşılaşdırılması və 13 düymlük versiyanın əlavə edilməsi ilə məhdudlaşırdı.

Analitiklərin fikrincə, hazırda iPad Pro modelləri bir sıra üstünlüklərə malikdir. Bunlara nazik və yüngül dizayn, 120 Hz yeniləmə tezliyinə malik OLED ekran, nano-texture mat örtük və Magic Keyboard klaviaturası daxildir. Buna görə də, Face ID texnologiyasının iPad Air modelinə əlavə edilməsi Apple-ın məhsul xətti daxilində ciddi daxili rəqabətə səbəb olmayacaq.

Ekspertlər hesab edirlər ki, yeni nəsil iPad Air orta seqmentdə, yəni əsas iPad və iPad Pro modelləri arasında mövqeyini daha da gücləndirəcək. Bundan əlavə, 2020-ci ildən bəri əhəmiyyətli yeniliklər görməyən iPad Air modelinin yenidən istifadəçilərin diqqətini cəlb edəcəyi gözlənilir.

14
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)