Robot və Cihazlar
Apple iPhone 18-i istehsaldan çıxara bilər
7
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizApple şirkəti gələcəkdə bir iPhone modelinin istehsalını dayandıra bilər. Bu barədə Cənubi Koreyanın ETNews nəşri məlumat yayıb və Day.Az, Lenta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, Amerika texnologiya nəhəngi 2026-cı ildə ilk qatlanan smartfonunu təqdim etməyi planlaşdırır. Şirkət mövcud iPhone modellərinin çeşidini azaldaraq, əsas modelini istehsaldan çıxara bilər.
ETNews-un məlumatında bildirilir ki, 2026-cı ilin birinci yarısında Apple iPhone 17e modelini təqdim edəcək. Payızda isə şirkət iPhone 18 Pro, 18 Pro Max və 18 Air modellərini istehlakçılara təqdim edəcək. Bununla yanaşı, Apple ilk qatlanan telefonunu da nümayiş etdirəcək.
Qeyd edək ki, Apple şirkəti hazırda məhsul xəttində yenilənmə strategiyasını həyata keçirir. Belə ki, iPhone SE artıq iPhone 16e ilə əvəzlənib və iPhone 16 Plus modelinin iPhone 17 Air ilə əvəz olunması planlaşdırılır.
"Apple-ın ilin birinci yarısında daha çox model təqdim etmə və ilin ikinci yarısında yüksək səviyyəli məhsullar təqdim etmə strategiyası, iPhone satışlarının artmasına yönəlib", - deyə jurnalistlər vurğulayıblar. Mənbələr bildiriblər ki, şirkət artıq tədarükçülərini bu plan dəyişikliyi barədə məlumatlandırıb.