Texnoloji İnkişaf
Audi ABŞ-da ilk zavodunu tikməyi planlaşdırır
17
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizAlman avtomobil istehsalçısı Audi, Avropa İttifaqına tətbiq olunan ticarət rüsumları səbəbindən ABŞ-da ilk zavodunu açmağı nəzərdən keçirir. Bu barədə Handelsblatt nəşri məlumat yayıb. Şirkət, ana şirkəti Volkswagen-in (VW) Tennessi ştatının Çattanooq şəhərində yerləşən zavodunun yanında "əkiz zavod" tikməyi planlaşdırır.
Belə bir yerləşmənin üstünlüyü ondan ibarətdir ki, VW zavodun tikinti layihələrinin hazırlanması və logistika infrastrukturunun təşkilində dəstək verə bilər. Bu da tikinti müddətini və maliyyə xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.
Mənbələrin verdiyi məlumata görə, zavodun tikinti dəyəri "bir neçə milyard dollar" təşkil edəcək və tikinti prosesi iki ildən çox vaxt alacaq. Zavodun illik istehsal gücü 150,000-200,000 avtomobil arasında dəyişəcək.
Yekun qərar Volkswagen-in baş direktoru Oliver Blume ilə ABŞ prezident administrasiyası arasında keçiriləcək danışıqlardan sonra veriləcək.