Texnoloji İnkişaf
Azərbaycan bazarında Android əməliyyat sisteminin payı azalıb
12
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizİyul ayında Android əməliyyat sisteminin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 13,07 faiz bəndi azalaraq 57,92 faizə düşüb. Bu barədə Day.Az-a Global Stats statistik mərkəzi məlumat verib.
Statistikaya görə, Azərbaycan bazarında ikinci yeri Microsoft Windows əməliyyat sistemi tutur. Belə ki, Microsoft Windows-un bazar payı iyun ayı ilə müqayisədə iyul ayında 6,1 faiz bəndi artaraq 18,33 faiz təşkil edib.
Üçüncü yerdə iOS əməliyyat sistemi qərarlaşıb. iOS-un bazar payı iyul ayında iyun ayı ilə müqayisədə 3,89 faiz bəndi artaraq 13,55 faizə çatıb.
Hesabat dövründə digər əməliyyat sistemlərinin payı aşağıdakı kimi olub: "OS X" - 1,61 faiz, "Linux" - 1,27 faiz, "Samsung" - 0,27 faiz, "Chrome OS" - 0,01 faiz, "macOS" - 2,54 faiz, digər sistemlər - 0,03 faiz.