Azərbaycan nümayəndələri Xorvatiyada rəqəmsal təhlükəsizlik sahəsində təcrübə mübadiləsi aparıblar - Tech Xəbər

Texnoloji İnkişaf

Azərbaycan nümayəndələri Xorvatiyada rəqəmsal təhlükəsizlik sahəsində təcrübə mübadiləsi aparıblar

15
Link kopyalandı

24

01.08.2025, 08:24

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Avropa Şurasının təşkilatçılığı ilə “Məlumatların mühafizəsi təcrübələri” adlı tədris səfəri keçirilib. Bu səfər, Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi (PRO-M-FEX) layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat, Ədliyyə və Xarici İşlər nazirliklərinin nümayəndələri, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının üzvləri, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təmsilçiləri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri iştirak ediblər.

Səfər zamanı Azərbaycan nümayəndələri ölkəmizdə həyata keçirilən əsas rəqəmsal inkişaf strategiyaları və kibertəhlükəsizlik tədbirləri barədə məlumat veriblər. Bunlara “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” kimi mühüm sənədlər daxildir. Həmçinin, informasiya təhlükəsizliyi, fərdi məlumatların işlənməsi və mühafizəsi, süni intellekt sahəsində prioritet istiqamətlər müzakirə olunub.

Xorvatiya Respublikasının Fərdi Məlumatların Mühafizəsi Agentliyi (AZOP) tərəfindən nəzəri və praktiki məruzələr təqdim edilib. Təlimdə AZOP-un fəaliyyəti, səlahiyyətləri, real tətbiq edilən sanksiyalar, eləcə də Avropa İttifaqının “Məlumatların Mühafizəsinə dair Ümumi Qaydaları” (GDPR) və 108+ Konvensiyasının tətbiqi təcrübəsi ilə bağlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Xorvatiyanın Ədliyyə, Dövlət İdarəçiliyi və Rəqəmsal Transformasiya Nazirliyində də görüşlər keçirib. Bu görüşlərdə rəqəmsal təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

15
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)