Texnoloji İnkişaf
Böyük Britaniya hərbi məqsədlər üçün pilotsuz aerostatlar hazırlayır
17
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizBöyük Britaniya Müdafiə Nazirliyi pilotsuz kəşfiyyat aerostatlarının hazırlanması üzərində çalışır. Bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Day.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu aerostatlar kəşfiyyat, müşahidə və rekonesans tapşırıqlarının yerinə yetirilməsi üçün istifadə ediləcək.
Bu il həmin aerostatlar ABŞ-ın Cənubi Dakota ştatında sınaqdan keçirilib. Onlar 18-24 kilometr hündürlükdə, 3700 kilometrdən çox məsafəni qət edə bilir. Aerostatlar 3 kiloqrama qədər yük daşımaq və fasiləsiz olaraq 5 gündən artıq fəaliyyət göstərmək qabiliyyətinə malikdir.
Aerostatların hazırlanması üzrə işlər Voltitude şirkəti tərəfindən, ABŞ-ın Aerostar şirkəti və Landguard Systems elektronika istehsalçısı ilə birgə həyata keçirilir.