Büdcəli Vivo T4 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ - Tech Xəbər

Robot və Cihazlar

Büdcəli Vivo T4 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ

8
Link kopyalandı

18

26.06.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Vivo şirkəti büdcəli Vivo T4 Lite 5G smartfonunu təqdim edib. Bu yeni cihaz böyük ekranı, MediaTek Dimensity prosessorunu və geniş həcmli batareyanı özündə birləşdirir. Smartfon 90 Hz təsvir yenilənməsi ilə HD+ keyfiyyətli 6.74 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Bundan əlavə, cihazın gövdəsi IP64 standartı üzrə tozdan və su damcılarından qorunma xüsusiyyətinə malikdir.

Vivo T4 Lite 5G MediaTek Dimensity 6300 prosessoru ilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş variantlarına sahibdir. Kamera baxımından smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 5 MP-lik ön kameraya malikdir. Batareya sahəsində isə cihaz 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir.

Smartfonun Hindistanda gələn ayın əvvəlində satışa çıxarılacağı bildirilib. Onun qiyməti 116 ABŞ dollarından başlayacaq. Digər regionlarda satışa çıxıb-çıxmayacağı barədə hələlik məlumat yoxdur.

8
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)