Cənubi Koreya 2045-ci ilə qədər Ayda baza qurmağı planlaşdırır - Tech Xəbər

Elm və Kosmos

Cənubi Koreya 2045-ci ilə qədər Ayda baza qurmağı planlaşdırır

27
Link kopyalandı

36

21.07.2025, 11:47

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Cənubi Koreyanın kosmik ambisiyaları sürətlə artır. Ölkə 2045-ci ilə qədər Ayda baza qurmağı planlaşdırır. Bu barədə “The Korea Times” cümə axşamı (17 iyul) məlumat yayıb. Məlumata görə, bu məqsəd Koreya Aerokosmik Administrasiyası (KASA) tərəfindən həmin gün Daejeondakı Koreya Milli Tədqiqat Fondunun dinləməsində təqdim edilən uzunmüddətli tədqiqat yol xəritəsində əks olunub.

Yol xəritəsi “aşağı Yer orbitində və mikroqravitasiya sahəsində tədqiqatlar, Ayın tədqiqi, Günəş və kosmos elmləri missiyaları daxil olmaqla beş əsas missiyanı” əhatə edir. KASA-nın əsas məqsədlərinə yerli istehsal vasitəsilə Ayda eniş və kəşfiyyat texnologiyalarının inkişaf etdirilməsi, həmçinin Ay resurslarından, məsələn, su buzundan istifadə texnologiyalarının hazırlanması daxildir.

Bu istiqamətdə bəzi işlər artıq həyata keçirilməkdədir. Məsələn, Koreya Geologiya və Mineral Ehtiyatlar İnstitutu yaxın vaxtlarda Ayda mədənçilik üçün istifadə edilə biləcək texnologiyaları sınaqdan keçirmək məqsədilə prototip ay roverlərini tərk edilmiş kömür mədənində sınaqdan keçirib. Bundan əlavə, Cənubi Koreya artıq Ayda müəyyən təcrübəyə malikdir. 2022-ci ilin avqustunda ölkə “Danuri” adlanan ilk Ay zondunu SpaceX-in Falcon 9 raketi ilə orbitə buraxıb. Dörd aydan sonra Ay orbitinə çatan “Danuri” hələ də Ayın tədqiqi üçün öz avadanlıqları ilə işini davam etdirir.

Cənubi Koreya əvvəllər də Ay səthinə robot eniş missiyası həyata keçirməyi planlaşdırırdı. Rəsmi şəxslər 2032-ci ilə qədər bu məqsədə çatmaq istədiklərini bildirmişdilər. Lakin yeni açıqlanan yol xəritəsi bu ambisiyaları daha da genişləndirir. Ölkə 2040-cı ilə qədər daha inkişaf etmiş ay enmə vasitəsi hazırlamağı və 2045-ci ilə qədər Ayda iqtisadi baza qurmağı hədəfləyir.

Qeyd edək ki, Ayda baza qurmaq istəyən təkcə Cənubi Koreya deyil. ABŞ da NASA-nın “Artemis” proqramı çərçivəsində qarşıdakı onillikdə bir və ya bir neçə ay outpostu qurmağı planlaşdırır. Çin də bu məqsədə çatmaq üçün Rusiya və digər ölkələrlə əməkdaşlıq edir. Hindistan isə 2047-ci ilə qədər Ayda baza qurmaq niyyətində olduğunu açıqlayıb.

Bundan əlavə, KASA-nın uzaq gələcək planlarına Mars missiyaları da daxildir. Agentlik 2045-ci ilə qədər Cənubi Koreyanın ilk Mars eniş missiyasını həyata keçirməyi planlaşdırır.

27
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)