Elm və Kosmos
Çin Starlink peyklərini məhv etməyi planlaşdırır
18
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇinli alimlər Elon Maskın sahibi olduğu Starlink peyklərinə qarşı mübarizə strategiyaları hazırlayır. Day.Az-ın Associated Press-ə istinadən verdiyi məlumata görə, Çin tərəfi peyklərə qarşı sualtı qayıqlar, kosmik lazerlər, 'təchizat zəncirinin sabotajı' və ion mühərriklərlə təchiz olunmuş zərbə peyklərindən istifadə etməyi nəzərdən keçirir.
Agentliyin məlumatına görə, Çin hökuməti və hərbi alimlər artıq Starlink peyklərinin aşkarlanması və məhv edilməsi yollarını araşdıran onlarla məqalə dərc edib. Çinli tədqiqatçılar hesab edir ki, bu peyklər Çin hökuməti və onun strateji maraqları üçün yüksək risk təşkil edir. Bu narahatlıq Starlink-in ABŞ kəşfiyyatı və Müdafiə Nazirliyi ilə əlaqələri, həmçinin onun artan qlobal iştirakı ilə bağlıdır.