Çində dronlarla təşkil olunan işıq şousu böyük maraq doğurdu
31
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇində Çunçin şəhərində keçirilən dronlarla təşkil olunmuş işıq şousu böyük maraq doğurub. Day.Az xəbər verir ki, bu möhtəşəm tədbirin görüntüləri Telegram platformasında yayımlanıb. Tədbir zamanı eyni anda havaya 11,787 dron qalxıb. Bu, eyni vaxtda havada olan dronların sayına görə Ginnes Rekordlar Kitabına yeni rekord kimi daxil edilib. Tədbir iştirakçıları və tamaşaçılar möhtəşəm görüntülərdən heyran qalıblar. Bu rekordla Çunçin şəhəri beynəlxalq diqqət mərkəzinə çevrilib.