Çində Honghu T70 adlanan robot traktor sınaqdan keçirildi - Tech Xəbər

Texnoloji İnkişaf

Çində Honghu T70 adlanan robot traktor sınaqdan keçirildi

15
Link kopyalandı

22

01.08.2025, 11:29

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Çində Shiyan Guoke Honghu Technology şirkəti tamamilə avtonom olan İntellektual İdarəetmə Sistemli Honghu T70 traktorunu təqdim edib. Bu futuristik kənd təsərrüfatı texnikası insan iştirakı olmadan tam kənd təsərrüfatı işlərini yerinə yetirə bilir. Traktorun əsas xüsusiyyəti kabinin, sükanın və sürücü oturacağının tamamilə olmamasıdır.

GPS, lidarlar və neyron şəbəkələrlə təchiz olunan Honghu T70 torpaq və bitkilərin durumunu real vaxt rejimində analiz edir və məlumatları mərkəzi sistemə ötürür. Süni intellekt toxumları tanımağı bacarır və xüsusi bitki növü üçün şumlama dərinliyini avtomatik olaraq tənzimləyir. Bu, əməliyyatların təxminən 2,5 sm dəqiqliklə icrasını təmin edir.

Traktor tam elektrikli güc qurğusu ilə hərəkət edir. İki mühərrikdən biri hərəkəti təmin edir, digəri isə dəyişdirilə bilən avadanlıqların, məsələn, kultivatorlar və ya otbiçənlər kimi avadanlıqların işini dəstəkləyir. Maşının tam avtonom işləmə müddəti altı saatdır, bu müddət ərzində təxminən iki hektar torpaq əkin üçün hazırlana bilir.

Hazırda bu yenilik Çinin Hebey vilayətində və digər bölgələrdə sahələrdə sınaqdan keçirilir. Şirkət, Honghu T70-in geniş miqyasda istifadəyə verilməsi üçün yaxın gələcəkdə milli bazara çıxarılmasını planlaşdırır.

15
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)