Texnoloji İnkişaf
Çində İlk Dünya Robot Olimpiadası Başladı
16
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇində, paytaxt Pekində ilk Dünya Robot Olimpiadası açıldı. Bu möhtəşəm tədbir 17 avqusta qədər davam edəcək. Olimpiadada 16 ölkədən 280 komanda, 500-dən çox robotlaşdırılmış sistem iştirak edir. İştirakçılar arasında tələbələr, şagirdlər və Unitree ilə Pekin Süni İntellekt İnstitutu da daxil olmaqla qabaqcıl robototexnika şirkətlərinin nümayəndələri var. Bu barədə Global Times-a istinadən Gazeta.ru məlumat yayıb.
Tədbirin proqramında 26 fərqli yarış növü yer alır. Yarışların bir hissəsi idman bacarıqlarına yönəlib, məsələn, qaçış, uzunluğa tullanma və futbol. Digər hissə isə tətbiqi bacarıqların yoxlanılmasına həsr olunub: dərmanların çeşidlənməsi və ya otel otaqlarının təmizlənməsi kimi.
Açılış mərasimi Olimpiya Oyunlarının formatına uyğun təşkil edilib. Komandalar tədbirin bayrağı ilə parad keçirib, simvolik alov işıq kubunda yandırılıb. İştirakçılar həmçinin öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər: musiqi alətlərində ifa, rəqs, döyüş sənətləri və Çin mədəniyyəti ilə texnologiyalardan ilhamlanmış geyim dəfiləsi keçirilib.
Tədbirdə yüksək hazırlıq səviyyəsinə baxmayaraq, texniki nasazlıqlar da baş verib. Məsələn, robotlardan biri futbol oyunu zamanı yıxılıb, digər bir model isə dəfilə zamanı əl ilə daşınmalı olub.
Təşkilatçılar bu tədbiri, robototexnika sahəsində beynəlxalq təcrübə mübadiləsi və texnologiyaların gənclər arasında populyarlaşdırılması üçün bir platforma kimi təqdim edirlər.