Texnoloji İnkişaf
Çində İnternetlə İdarə Olunan Robot Mürəkkəb Yemək Hazırlayıb
15
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇində Dobot Robotics şirkətinə məxsus Atom adlı robot, 1800 kilometr məsafədən VR dəbilqəsi ilə idarə olunaraq mürəkkəb bir yemək hazırlayıb. Bu barədə South China Morning Post (SCMP) nəşri məlumat yayıb. Təcrübə zamanı robot, kağız dəsmalla əti qurutmaq, qrili yağlamaq və hətta barmaqları ilə bir çimdik duz götürmək kimi dəqiq hərəkətləri yerinə yetirib. Bu, robot texnologiyaları üçün çox mürəkkəb bir vəzifədir. Operator və robot Çinin fərqli bölgələrində yerləşiblər.
Eksperimentin məqsədi, robotun uzaq məsafədən dəqiq hərəkət qabiliyyətini yoxlamaq idi. Şirkət bildirib ki, Dobot Atom robotunun hərəkət dəqiqliyi 0,05 millimetrə qədərdir. Bundan əvvəl bu robot sadə səhər yeməyi hazırlama qabiliyyətini nümayiş etdirib.
Bu texnologiya bir çox sahələr üçün yeni imkanlar açır. Uzaqdan yüksək dəqiqlikli əməliyyatların həyata keçirilməsi yığma proseslərində, mürəkkəb avadanlıqların təmirində və hətta tibbdə, məsələn, cərrahiyyə əməliyyatlarında istifadə edilə bilər. İnsanabənzər Atom robotunun qiyməti 27,500 ABŞ dollarıdır.