Çində laboratoriyada robot mühəndisinə təpik vurdu – Nə baş verdi?

Link kopyalandı

...

Bu gün, 08:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Çinin Zhejiang əyalətinin Shaoxing şəhərində Unitree şirkətinə məxsus humanoid robotun sınağı zamanı insident yaşanıb. Robotun hərəkət testi zamanı o, bir neçə dönərək təpik vurub və bu təpiklərdən biri mühəndisin üzünə doğru yönəlib. Mühəndisin sürətli refleksləri sayəsində ciddi zərərdən qaçınılsa da, robot onun smartfonunu vuraraq uzağa atıb.

Hadisə laboratoriyanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və video sosial şəbəkələrdə sürətlə yayılaraq geniş maraq doğurub. Bu insident robot texnologiyalarında təhlükəsizlik tədbirlərinin nə qədər vacib olduğunu bir daha göstərib.

Mühəndisin refleksləri pis nəticənin qarşısını alıb, lakin gələcəkdə belə halların qarşısını almaq üçün əlavə təhlükəsizlik protokollarının hazırlanması zəruridir. Bu hadisə insan və robot texnologiyaları arasında təhlükəsizlik və qarşılıqlı əlaqənin incə sərhədlərini yenidən gündəmə gətirib.

Link kopyalandı