Çində okean dərinliklərini müşahidə etmək üçün balıq robot hazırlanıb - Tech Xəbər

Texnoloji İnkişaf

Çində okean dərinliklərini müşahidə etmək üçün balıq robot hazırlanıb

15
Link kopyalandı

47

18.08.2025, 13:14

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Çində Harbin Mühəndislik Universitetinin tədqiqatçıları okean dərinliklərində müşahidələr aparmaq üçün xüsusi yumşaq robot-balığı hazırlayıblar. Bu bionik robot, dəniz ekosisteminin nümayəndələrini böyük dərinliklərdə zərər vermədən izləmək məqsədilə hazırlanıb. Robotun uzunluğu təxminən 32 sm, çəkisi isə 670 qramdır. Alimlər adi sualtı aparatlarda mövcud iri və sərt mühərriklərdən imtina edib, bunun yerinə yeni elektrohidravlik sistem tətbiq ediblər. Silikon gövdənin yan hissələrində yerləşdirilən elastik konstruksiyalar dəniz suyunun ionlarından istifadə edərək elektrik sahəsi yaradır. Bu sahə gövdənin daxilindəki xüsusi mayeni tərəfdən-tərəfə hərəkət etdirir və robotu real balıq kimi hərəkətə gətirir. Robot, ekstremal şəraitdə və böyük dərinlikdə yüksək təzyiqə tab gətirə bilir. Gövdənin daxilindəki maye və elastik struktur təzyiqi avtomatik olaraq tarazlayır. Sınaqlar zamanı robot 4000 metr dərinliyə enib. Laboratoriya şəraitində isə 10,000 metr dərinliyə ekvivalent təzyiqdə və 2 dərəcə Selsi temperaturda testdən keçib. Müqayisə üçün, Marian çökəkliyinin Challenger uçurumu, dünyanın ən dərin nöqtəsi olaraq 10,935 metr dərinlikdə yerləşir.

15
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)