Texnoloji İnkişaf
Çində qadınları əvəz edərək uşaq dünyaya gətirə bilən robot yaradıldı
31
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇinin Kaiwa Technology şirkəti dünyada ilk dəfə qadınların yerinə hamiləlik dövrünü keçirə bilən və uşaq dünyaya gətirən humanoid robotun prototipini təqdim edib. Day.Az-ın Interesting Engineering-ə istinadən verdiyi məlumata görə, bu texnologiyanın əsasında süni uşaqlıq modulu dayanır. Bu modul amnion mayesi ilə doldurulub və onun içində embrion inkişaf edir, qida maddələrini isə təbii hamiləliyi təqlid edən boru vasitəsilə alır.
Layihənin rəhbəri doktor Çjan və Kaiwa Technology startapının təsisçisi bildirib ki, texnologiya heyvanlar üzərində uğurla sınaqdan keçirilib. Robotun 2026-cı ildə bazara çıxarılması planlaşdırılır və onun təxmini qiyməti 100 min yuan (təxminən 25 min manat) olacaq. Bu texnologiya əsasən bioloji hamiləlikdən yayınmaq istəyən gənclər və tək yaşayan şəxslər üçün nəzərdə tutulub.
Layihə Çin sosial şəbəkələrində böyük rezonans doğurub. "Dünyada ilk hamiləlik robotu" axtarış sorğusu Weibo platformasında ən çox axtarılan mövzular arasına daxil olub. Fərqli fikirlər səsləndirilib: tənqidçilər bu texnologiyanı "qəddar" və "insan əxlaqına zidd" adlandırır, tərəfdarlar isə bunun qadınları hamiləlik dövrünün fiziki çətinliklərindən azad edəcəyini düşünür.
Qeyd edək ki, 2020-ci ilə qədər Çində sonsuzluq səviyyəsi 18%-ə çatmışdı və ölkədə surroqat analıq qadağandır. Bu səbəbdən belə bir texnologiyaya tələbatın yüksək olacağı gözlənilir. Bir çox sosial şəbəkə istifadəçisi bu texnologiyanın öz övladına sahib olmaq arzusunu həyata keçirməkdə kömək edəcəyinə ümid etdiyini bildirib.