Texnoloji İnkişaf
Çində smartfon satışlarında uzun müddətdən sonra ilk dəfə azalma qeydə alınıb
21
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇinin smartfon bazarında 2025-ci ilin ikinci rübündə son yarım il ərzində ilk dəfə azalma müşahidə edilib. Bu barədə məlumatı IDC analitik şirkətinin hesabatına əsasən Reuters agentliyi yayıb. Hesabata görə, ümumi smartfon tədarükü illik hesabla 4 faiz azalaraq 69 milyon ədədə enib. Bu azalma əsasən istehlakçı tələbatının zəifləməsi və iqtisadi qeyri-müəyyənliklə əlaqələndirilir.
Dörd ildən sonra ilk dəfə Huawei bazar liderliyini bərpa edib. Şenjen mərkəzli texnologiya nəhəngi bazarın 18.1 faizini ələ keçirib. Lakin Huawei-nin tədarükü də 3.4 faiz azalaraq 12.5 milyon ədədə düşüb ki, bu da ümumi bazar tendensiyasını əks etdirir.
Apple isə beşinci yerdə qərarlaşıb. Şirkətin tədarükü 1.3 faiz azalaraq 9.6 milyon ədədə düşüb. Bununla belə, bəzi iPhone modellərinin qiymətlərinin tənzimlənməsi nəticəsində bu azalma ilk rübdəki 9 faizlik geriləmədən daha az olub. Buna baxmayaraq, Apple üçün bu, ardıcıl səkkizinci rübdə azalma deməkdir.
Vivo isə ikinci yeri tutaraq top-5 brendlər arasında ən böyük azalma ilə üzləşib. Şirkətin tədarükü 10.1 faiz geriləyib. Bunun əksinə olaraq, Xiaomi dördüncü yeri tutaraq top-5 içərisində yeganə artım göstərən istehsalçı olub.
Əvvəllər Samsung smartfon satışlarının sayına görə Apple-ı qabaqlamışdı.