Texnoloji İnkişaf
Çinlilər iPhone 17 Pro-nun Android üzərində işləyən klonunu təqdim etdilər
17
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizApple şirkətinin iPhone 17 seriyasını təqdim etməsinə bir ay qalmış, Çin istehsalçıları Android əməliyyat sistemi ilə işləyən iPhone 17 Pro-nun saxta versiyasını satışa çıxarıblar. Bu barədə məşhur texnologiya insayderi Sonny Dickson "X" sosial şəbəkəsində (əvvəllər Twitter) paylaşım edib. Day.Az Gazeta.ru-ya istinadən məlumat verir ki, bu cihaz iOS 18 üslubunda interfeysə malik xüsusi bir "launcher" ilə təchiz edilib. Halbuki, orijinal iPhone 17 Pro "qutudan çıxan" yeni iOS 26 əməliyyat sistemini təklif edəcək.
Çin istehsalı olan bu saxta model, orijinaldan bir neçə mühüm fərqlə seçilir. Məsələn, ekran çərçivələri asimmetrikdir, alt hissədə qalın bir "çənə" mövcuddur və OLED ekran əvəzinə daha ucuz IPS ekran istifadə olunub. Bununla yanaşı, arxa panelin dizaynı, o cümlədən kamera bloku, çoxsaylı sızdırılmış məlumatlara əsaslanaraq orijinal iPhone 17 Pro-nun nəzərdə tutulan dizaynını böyük ölçüdə təkrarlayır.
Məlumatlara görə, iPhone 17 Pro yenilənmiş dizayn, 24 MP ön kamera və 48 MP üçlü arxa kamera ilə təchiz olunacaq, bu kameralar arasında teleobyektiv də yer alacaq. Cihazın performansı Apple A19 Pro çipi ilə təmin ediləcək və operativ yaddaşın həcmi 12 GB-a qədər artırılacaq (əvvəlki modeldə bu göstərici 8 GB idi). Bundan əlavə, Apple şirkətinin iPhone 17 Air adlı yeni ultra nazik modeli təqdim edəcəyi gözlənilir. Bu model, Plus versiyasının yerini alacaq.
İnsayderlərin verdiyi məlumata görə, Apple-ın yeni məhsullarının təqdimatı 9 sentyabr tarixində baş tutacaq.