Dyson gələcəyin şaquli çiyələk fermasını təqdim etdi - Tech Xəbər

Texnoloji İnkişaf

Dyson gələcəyin şaquli çiyələk fermasını təqdim etdi

9
Link kopyalandı

16

08.07.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Dyson şirkəti İngiltərənin Linkolnşir bölgəsində gələcəyin kənd təsərrüfatına nümunə olacaq yüksək texnologiyalı şaquli çiyələk ferması inşa edib. 10 hektarlıq sahədə yerləşən bu təsisat, 1 225 000 çiyələk kolunun yetişdirilməsi üçün nəzərdə tutulub. Uzunluğu 760 metr olan istixana anaerob reaktorun köməyi ilə işləyir. Bu reaktor çiyələk tullantılarını qaz halına çevirərək turbinləri hərəkətə gətirir və elektrik enerjisi istehsal edir. Elde olunan enerji 10 000 evin tələbatını ödəməyə kifayət edir və fermada istixananın qızdırılması üçün istifadə olunur. Bununla yanaşı, tullantılar yaxınlıqdakı sahələrin gübrələnməsi üçün tətbiq edilir.

İstixananın suvarma sistemində isə ekoloji yanaşma tətbiq edilib. Suvarma üçün xüsusi anbarlara axıdılan yağış suyu istifadə olunur. Təsisatın ətrafında hər biri 24 metr uzunluğunda və 5 metr hündürlüyündə olan böyük fırlanan "təkərlər" yerləşdirilib. Bu təkərlər çiyələk sıralarını bərabər şəkildə işıqlandırmaq üçün yavaş-yavaş hərəkət edir. Bundan əlavə, ultrabənövşəyi ampalarla təchiz edilmiş robotlar bitkilərin yarpaqlarını işıqlandıraraq kifin qarşısını alır.

Fermada digər avtomatik qurğular da mövcuddur. Bir qurğu bitkilərin üzərinə faydalı həşəratlar buraxaraq zərərvericilərə qarşı mübarizə aparır. Çiyələklər yetişdikdə isə 16 robotlaşdırılmış "əl" hər bir giləni diqqətlə dərir. Şirkətin təsisçisi James Dyson-un sözlərinə görə, yalnız 1 ay ərzində bu robotlar təxminən 200 000 gilə çiyələk toplaya bilir.

Dyson şirkəti qeyd edir ki, yüksək texnologiyalı istehsalın kənd təsərrüfatı ilə birləşdirilməsi onların əsas yanaşma tərzidir. Şirkət bitki yetişdirmə prosesini texnika istehsalı ilə müqayisə edir və hər iki sahədə effektivlik və texnologiyanın önəmli olduğunu vurğulayır.

9
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)