Texnoloji İnkişaf
Ekosistem Bir yeni səviyyəyə keçərək Birmarket platformasını təqdim edir
24
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizCənubi Qafqaz regionunun tam inteqrasiya olunmuş ilk rəqəmsal ekosistemi olan Bir-in bir hissəsi olan və ölkənin aparıcı onlayn alış-veriş platformalarından biri sayılan Umico, 1 iyul 2025-ci il tarixindən etibarən öz fəaliyyətini yeni brend adı altında – Birmarket olaraq davam etdirəcək.
Artıq 2 milyondan çox istifadəçinin etibarını qazanan bu platforma, elektronika, məişət texnikası, şəxsi gigiyena və kosmetika vasitələri, ev əşyaları, istirahət və əyləncə kimi müxtəlif kateqoriyalarda minlərlə məhsul təqdim edir.
Birmarket yalnız məhsul çeşidinin genişliyi ilə deyil, həmçinin xidmətin rahatlığı və əlçatanlığı ilə də seçilir. Alıcılar sifarişlərini evə çatdırılma xidməti və ya ölkə üzrə fəaliyyət göstərən 850-dən çox "Al-apar" nöqtəsindən əldə edə bilərlər. Bundan əlavə, müştərilərə 24 aya qədər taksitlə alış-veriş etmək, kreditlə ödəniş etmək və ya tərəfdaş bank kartları vasitəsilə ödənişlər etmək imkanı təqdim olunur ki, bu da alış-verişin daha sərfəli və rahat olmasını təmin edir.
Rebrendinq çərçivəsində, Umico mobil tətbiqi mərhələli şəkildə Birmarket tətbiqinə çevriləcək. İstifadəçilər sadəcə tətbiqi yeniləməklə öz mövcud hesablarını, sifarişlərini və bonus proqramlarını dəyişiklik olmadan istifadə etməyə davam edə bilərlər.
Bir ekosisteminin Baş direktoru Fərid Məmmədov bu inkişaf mərhələsini belə şərh edib: "Umico, ölkənin ilk onlayn platforması olaraq bizim üçün güclü bir başlanğıc nöqtəsi oldu. Lakin qısa müddət ərzində biz təkcə böyümədik, həm də dəyişdik, inkişaf etdik və ölkəmizdə müştəri dəyəri yaratmaq zəncirinin əsas elementi olduq. Umico (artıq Birmarket) bu transformasiyanın əsas komponentlərindən biridir. Birmarket təkcə alış-veriş platforması deyil, həm də alış-verişi, bonus imkanlarını və digər bir çox xidməti birləşdirən vahid bir mühitdir, insanların gündəlik həyatına dəyər qatır."
Bir ekosistemi ölkənin aparıcı şirkətlərini bir marka altında birləşdirir – Birbank, Birmarket, m10 və MilliÖn. Həmçinin, ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla aktiv əməkdaşlıq edir ki, bu da təsir sahəsini genişləndirir və müştəri təcrübəsini zənginləşdirir.
Bu inteqrasiya sayəsində istifadəçilər Birmarket-də alış-verişlərini Birbank vasitəsilə kreditlə ödəyə, Trendyol Azərbaycan platformasında Birbank kartlarını taksitlə istifadə edə, ictimai nəqliyyatda QR ödənişlər həyata keçirə və vahid loyallıq proqramı çərçivəsində bonus toplayıb istifadə edə bilərlər. Bundan əlavə, onlar bir çox digər innovativ həllərdən də yararlana bilərlər.
Bütün bu imkanlar ekosistemin dörd əsas konsepsiyası üzərində qurulub – vahid giriş, vahid bonus, vahid ödəniş və vahid kredit. Bu konsepsiyalar müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təmin edir.