Texnoloji İnkişaf
Elon Musk 'Apple'ı məhkəməyə verməyə hazırlaşır
19
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizElon Musk, 'Apple'a qarşı antiinhisar iddiası ilə məhkəmə açacağını elan edib. Onun sözlərinə görə, 'App Store' platformasında yalnız 'OpenAI'nin 'ChatGPT' tətbiqi dominant olaraq təbliğ edilir. Bu barədə məlumatı Elon Musk özü sosial media hesabında paylaşıb.
Musk bildirib ki, 'ChatGPT' ABŞ 'iPhone' 'App Store'da 'Ən yaxşı pulsuz tətbiqlər' siyahısında birinci yerdədir, lakin onun şirkətinə məxsus 'Grok' tətbiqi yalnız beşinci sırada qərarlaşıb. O, 'Grok' və 'X' tətbiqlərinin 'Mütləq yüklənməli tətbiqlər' siyahısına daxil edilməməsini, 'App Store'un tərəfsizliyinə şübhə doğuran və açıq şəkildə antiinhisar qanunlarının pozulması olaraq qiymətləndirib.