Texnoloji İnkişaf
Exynos 2600 prosessoru Geekbench testlərində sınaqdan keçirilib
2
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizSamsung şirkəti hazırda Exynos 2600 flaqman prosessorunun üzərində çalışır. Bu yeni prosessorun Geekbench testlərindən keçdiyi məlum olub. Geekbench-in məlumatlar bazasına əsasən, Exynos 2600 prosessoru 1 ədəd 3.55 GHz tezlikli supernüvəni, 3 ədəd 2.96 GHz tezlikli nüvəni və 6 ədəd 2.46 GHz tezlikli nüvəni özündə birləşdirir. Prosessorun qrafik imkanlarına Xclipse 960 qrafik çipi cavabdehdir. Geekbench testləri çərçivəsində Exynos 2600 birnüvəli testdə 2155 xal, çoxnüvəli testdə isə 7788 xal toplayıb. Bu göstəricilər, əvvəlki model olan Exynos 2500-ın performans göstəricilərindən cüzi bir qədər yüksəkdir. Bunun səbəbi, Exynos 2600-ın Geekbench testlərindən ilkin versiyasının keçməsi ilə izah olunur. Gözləntilərə görə, Exynos 2600 prosessoru ilk dəfə gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S26 seriyasında istifadə ediləcək.