Sea Breeze-də Azərbaycan, İsveçrə, Böyük Britaniya və Rusiya komandalarını bir araya gətirən “Sea Breeze 2026” beynəlxalq polo turniri başa çatıb. GEROPHARM beynəlxalq biotexnologiya şirkəti idman və şüurlu sağlamlıq təşəbbüslərinə formada qalma tərəfdaşı olaraq dəstək verməyi sürdürür.

Turnir çərçivəsində GEROPHARM, həmçinin Rusiyanın Moscow Polo Club komandasının sponsoru qismində çıxış edib. Şirkət üçün peşəkar idmanın dəstəklənməsi sağlam çəki tərəfdaşlığı konsepsiyasının davamıdır: fiziki aktivlik, hərəkətli həyat tərzi və sağlamlığa qayğı sağlam çəkinin qorunmasına kompleks yanaşmanın mühüm tərkib hissələridir.

“GEROPHARM üçün sağlam çəki tərəfdaşlığı yalnız xarici görünüş məsələsi ilə məhdudlaşmır. Biz idmanın, fiziki aktivliyin, balanslaşdırılmış qidalanmanın və sağlamlığa diqqətin bir-birini tamamladığı özünə qayğı mədəniyyətindən danışırıq. Məhz buna görə də hərəkətli və sağlam həyat tərzini təşviq edən layihələri dəstəkləmək bizim üçün xüsusi əhəmiyyət daşıyır”, — deyə GEROPHARM-ın Azərbaycandakı nümayəndəliyinin direktoru Nailə Yusifova bildirib.

Bu yanaşma GEROPHARM-ın əsas fəaliyyət istiqamətlərindən biri olan metabolik sağlamlıqla birbaşa əlaqəlidir. Şirkət 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərir və bazarda, o cümlədən şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan preparatları ilə tanınır. Müasir terapiya imkanlarını inkişaf etdirən GEROPHARM eyni zamanda fiziki aktivliyin, balanslaşdırılmış qidalanmanın və öz sağlamlığına məsuliyyətli yanaşmanın əhəmiyyətinə diqqət çəkməyə çalışır.
“Sea Breeze 2026” beynəlxalq polo turnirinin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası və Sea Breeze olub.
Preparatlar müvafiq tibbi göstərişlər əsasında və yalnız həkim təyinatı ilə istifadə olunur.

GEROPHARM haqqında
GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya kimi tibb sahələrində istifadə olunan preparatlar istehsal edir. Şirkətin məhsulları dünyanın 14 ölkəsində tibb ictimaiyyəti tərəfindən geniş istifadə olunur.
Azərbaycan Respublikasında GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir və ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığın inkişafına töhfə verir. Bu gün şirkət şəkərli diabet və piylənmənin müalicəsi istiqamətində fəaliyyətini davam etdirərək pasiyentlərin müasir biotexnoloji preparatlara çıxış imkanlarını genişləndirir.