Beynəlxalq biotexnoloji əczaçılıq şirkəti GEROPHARM Azərbaycanda satışda olan bir sıra dərman preparatlarının qiymətlərini aşağı düşdüyünü bildirir. Bu addım 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsini pasiyentlər üçün iqtisadi baxımdan daha əlçatan etməyə yönəlib.
Təşəbbüs artıq çəki və piylənmənin geniş yayıldığı Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə yetkin əhalinin 25%-dən çoxu piylənmədən əziyyət çəkir, 62%-dən çoxunda isə artıq çəki və ya piylənmə müşahidə olunur.

GEROPHARM tərəfindən qeyd olunan qiymət dəyişikliyi - şirkətin endokrinologiya sahəsində təqdim etdiyi dərman preparatlarını əhatə edir. Bu preparatlar müvafiq tibbi göstərişlər əsasında istifadə olunur.
GEROPHARM-dan bildirilib ki, qiymətlərin aşağı salınması müvəqqəti endirim kampaniyası deyil, dərman müalicəsinin əlçatanlığını artırmağa yönəlmiş uzunmüddətli siyasətin tərkib hissəsidir. Şirkət bununla uzunmüddətli müalicəyə ehtiyacı olan pasiyentlərin maliyyə yükünü azaltmağı hədəfləyir.

2014-cü ildən Azərbaycanda fəaliyyət göstərən GEROPHARM müasir dərman preparatlarının hazırlanması və istehsalı ilə məşğuldur. Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri də bu preparatların pasiyentlər üçün daha əlçatan olmasını təmin etməkdir.
Dərman müalicəsi yalnız həkim təyinatı əsasında, tibbi göstərişlər və pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Material məlumat xarakteri daşıyır. Özünümüalicə sağlamlıq üçün təhlükəli ola bilər.