Geymerlər Windows 11-ə alternativ tapdı - Tech Xəbər

Texnoloji İnkişaf

Geymerlər Windows 11-ə alternativ tapdı

9
Link kopyalandı

42

05.08.2025, 02:31

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Kompyuter oyunçuları Windows 11 əməliyyat sistemindən digər sistemlərə keçməyə başlayıblar. Day.Az-ın məlumatına görə, bu barədə TweakTown nəşri məlumat yayıb. Media nümayəndələri Steam platformasının aylıq hesabatını araşdırıblar. Ən böyük oyun platformasının məlumatlarına əsasən, Windows oyunçular arasında əsas əməliyyat sistemi olaraq qalır – iyul ayında onun payı 95,2 faiz təşkil edib.

Bununla yanaşı, Linux istifadəçilərinin payı 2,9 faizə yüksəlib. TweakTown müəlliflərinin sözlərinə görə, statistika istifadəçilərin SteamOS-a olan artan marağını göstərir. SteamOS, Linux əsasında yaradılmış və Valve tərəfindən hazırlanmış əməliyyat sistemidir. Bu sistem Valve Steam Deck və bir sıra digər konsollarda quraşdırılıb. Jurnalistlər bildiriblər ki, geymerlər Windows 11 üçün alternativ tapıblar, çünki SteamOS və Linux bazalı digər sistemlər oyunlar üçün daha yaxşı optimallaşdırılıb. Unix tipli əməliyyat sistemlərinin artan payı isə kompakt konsolların populyarlığını göstərir.

Jurnalistlər qeyd ediblər ki, Steam-in aylıq 132 milyon oyunçu auditoriyası ilə Linux-un 3 faizlik payı təxminən 4 milyon istifadəçinin Windows alternativindən istifadə etdiyini göstərir. Microsoft artıq bu təhdidə reaksiya verib – iyun ayında şirkət ASUS ilə birlikdə oyun üçün optimallaşdırılmış Windows 11 əməliyyat sistemi ilə təchiz edilmiş ROG Xbox Ally X adlı portativ konsol təqdim edib.

9
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)