Texnoloji İnkişaf
Google-a Chrome brauzerinin satışı üçün 34,5 milyard dollarlıq təklif verildi
19
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizAmerikalı Perplexity şirkəti Google-a Chrome brauzerinin satın alınması üçün 34,5 milyard dollarlıq təklif göndərib. Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb, Day.Az isə Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, təklif edilən məbləğ Perplexity şirkətinin hazırkı bazar dəyərindən demək olar ki, iki dəfə çoxdur. Şirkətin bazar dəyəri 18 milyard dollar olaraq qiymətləndirilir. Perplexity şirkəti bir sıra investorların dəstəyini aldığını və bu alışın maliyyələşdirilməsinə hazır olduqlarını bəyan edib.
Bu təklif ABŞ məhkəməsində Google-un veb-axtarış bazarındakı monopoliyasını zəiflətmək məqsədilə Chrome brauzerinin satışına məcbur edilməsi ilə bağlı işin müzakirəsi fonunda verilib. Ekspertlər bildirirlər ki, Perplexity-nin təşəbbüsü maraqlı bir alıcının mövcudluğuna işarə edir.
Google isə Chrome-un satışı ideyasından imtina edir. Şirkət bu addımın korporasiyanın biznesinə zərər vura biləcəyini, yeni texnologiyaların inkişafını məhdudlaşdıra biləcəyini və kibertəhlükəsizlik sahəsində riskləri artıra biləcəyini iddia edir.