Elm və Kosmos
Günəşdə güclü partlayış baş verdi: Yer üçün nə deməkdir?
5
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz18 iyun tarixində Günəşdə ən yüksək sinifə aid olan güclü bir partlayış baş verdi. Bu barədə Günəş fəallığını müşahidə edən mərkəz məlumat yayıb. X sinifinə aid olan bu partlayışın gücü X1.3 səviyyəsində qeydə alınıb. Mərkəzin verdiyi məlumata görə, son üç həftə ərzində bu qədər güclü bir partlayış ilk dəfə baş verir.
TASS xəbər agentliyinin məlumatına əsasən, Bakı vaxtı ilə saat 01:49-da baş verən partlayışın gücü X1.2 səviyyəsində qeydə alınıb və bu hadisə 16 dəqiqə davam edib. Həmçinin, Rusiya Tətbiqi Geofizika İnstitutu bu məlumatları təsdiqləyib.
Qeyd edək ki, Günəşdə baş verən partlayışlar rentgen şüalanmasının gücünə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. A0.0 sinfi minimal gücü ifadə edir ki, bu da Yer orbitində kvadrat metrə 10 nanovat şüalanma gücünə bərabərdir. Hər bir növbəti kateqoriyada güc əvvəlki kateqoriyadan 10 dəfə çox olur. X sinfi isə ən güclü partlayışları əhatə edir.
Belə partlayışlar Günəş plazmasının fəzaya atılması ilə müşayiət oluna bilər. Əgər bu plazma buludları Yer atmosferinə çatsa, onlar maqnit fırtınalarına səbəb ola bilər. Bu cür maqnit fırtınaları, xüsusilə elektrik şəbəkələri, rabitə vasitələri və peyklərin fəaliyyətinə təsir göstərə bilər.
Mütəxəssislər bildirir ki, belə partlayışlar Günəş fəallığının artmasının bir göstəricisidir və bu cür hadisələr Günəşin 11 illik dövri fəallıq tsiklinin bir hissəsi olaraq baş verir. Yaxın günlərdə bu partlayışın Yerə təsirinin olub-olmayacağı müşahidə olunacaq.